Digər
Beyons kimi arıqlamaq üçün...
Məşhur amerikalı müğənni Beyons xüsusi pəhrizlərə əməl etməyi sevmir. O, bədənindən toksinlərin çıxarılması ilə arıqlamağa müvəffəq olub.
Artıq çəki, mədə-bağırsaq sisteminin pozğunluğu, dırnaqların haçalanması və üzünün rəngi səni narahat edirsə, demək, orqanizmin təmizlənmək zamanıdır. Beyons aşağıdakılara riayət edir:
1. Şəkərdən imtina edib. Çünki şəkər qanda toplanıb, insulinin miqdarını artırır.
2. Alkoqol nəinki orqanizmin, həm də pəhrizlərin düşmənidir. O, həzm prosesini və qaraciyərin fəaliyyətini pozur.
3. Kofe və qara çay qan təzyiqinə təsir edir. Bu içkilər toksinləri və yağı bədənə toplayır.
4. Yarımfabrikatlar, çips və buterburotlardan imtina edib. Qidaların tərkibində olan ətirverici, qida rəngləri, dad artırıcı maddələr və konservantlar orqanizmi "zibilləyir ". Bu cür qidalarda şəkər çox, vitamin və minerallar isə azlıq təşkil edir.
5. Orqanizmini təmizləmək üçün Beyons gün ərzində çoxlu qazsız mineral su içir. Suyun içinə limon şirəsi də əlavə etmək olar.
6. Yaşıl çay, ot və meyvə dəmləməsi antioksidant olub, arıqladıcı effekt verir.
7. İstədiyin qədər tərəvəz və meyvə yemək toksinlərin bədəndən çıxarılmasına kömək edir. Xiyar, kərəviz, sitrus və qırmızı meyvələr böyrəklərin işləməsinə kömək edir.
8. Beyons xörəklərində göyərti istifadə etməyi sevir. Çünki göyərti orqanizmdən duzları, şəkəri çıxarır və həzm sistemini yaxşılaşdırır.
9. Orqanizmin toksinlərdən təmizlənməsi üçün müğənni ət və balığı da qida rasionundan çıxarıb. Çünki ət həzm prosesini zəiflədir.
10. Sauna, idman, isti vanna və təmiz hava "təmizlənmək" üçün əla vasitədir. Bu prosedur qanı oksigenlə qidalandırıb, maddələr mübadiləsini gücləndirir.
Qeyd edim ki, bu kursu 5 həftə davam etdirmək şəkərdən, piylənmədən, böyrək və qaraciyər xəstəliklərindən əziyyət çəkən insanlara xeyirlidir.
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...