Odla yaşayan Kül Adam - FOTO
Bizi izləyin

Digər

Odla yaşayan Kül Adam - FOTO

Bəzən küçələrdə, bəzən boş binalarda yaşayan "Kül Adam" görənlərin ürəyini sızladır.

Publika.az xəbər verir ki, əsl adı Ludvík Dolezal olaraq bilinən adamın digər adı küllərdən gəlir. Çünki Ludvík, tapdığı hər şeyi yandırır və külündə yatır.

Ludvík, təxminən 1 il əvvəl nəyi var, nəyi yox yandırmağa qərar verib. Həyatına alovlardan qalan külün içində yaşamağa qərar verib.

Avropanın ən çirkli adamı qəbul edilən Ludvík dondurucu soyuğa da əhəmiyyət vermir. Mütəxəssislərin, psixoloji problemləri olduğundan atəş tutqunu olduğunu güman edən Kül Adam, ona uzanan kömək əlini geri çevirərək, insanlardan uzaq bir həyat yaşamağı seçib.

O, səhər oyanar-oyanmaz ocaq qalayır. Hər şeyi yandırıb külündə yaşayır. 58 yaşlı Kül Adamın yeganə sahib olduğu tək şey radiosudu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm