Digər
Amerikadan etiraf: “Heç bu qədər pis olmamışdı”
ABŞ-ın respublikaçı senatoru Con Makkeyndən ölkəsinin İsraillə əlaqələri barədə bir etiraf gəlib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, senator ABŞ-İsrail əlaqələrində ən pis dövrünyaşandığını söyləyib.
ABŞ prezidenti Barak Obamanı xarici siyasətini ən çox tənqid edən şəxslərdən biri olan Makkeyn CNN kanalına verdiyi müsahibədə “ABŞ-İsrail əlaqələri ən pis dövrünü yaşayır. Əlaqələr heç vaxt bu qədər pis olmamışdı. Bu isə İsrailin Yaxın Şərqdə yeganə demokratik ölkə olması baxımından bir faciədir”, - deyib.
Qeyd edək ki, ABŞ Konqresinin alt qanadı olan Nümayəndələr Palatasının başçısı Con Boxnerin İsrailin baş naziri Benyamin Netanyahunu “İran təhdidi” mövzusunda çıxış etməsi üçün Konqresə dəvət etməsi Ağ Evi qəzəbləndirib. Ağ Evin sözçüsü Coş Ernest gündəlik mətbuat konfransında “bu, protokolu heçə saymaqdır. Liderləri yalnız liderlər dəvət edər” deyərək Boxberə cavab verib.
İsrailin baş naziri Benyamin Netanyahu isə ABŞ Konqresi və Ağ Ev arasında gərginliyə səbəb olan ABŞ səfəri ilə bağlı prezident Barak Obamaya üstüörtülü cavab verib. Benyamin Netanyahu “İsrailin gələcəyini təminat altına almaq üçün dəvət edildiyim hər yerə gedəcəyəm” deyib.Netanyahu Nazirlər Kabinetinin iclasında bildirib ki, İsrailin baş naziri olaraq İranın nüvə silahına sahib olmasına əngəl olmaq onun vəzifəsidir.
Ömər Dağlı
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin14 May 19:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil4 May 18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO