Digər
“Səba” şirkəti: “Toyuqlarımızın qidasını yalnız özümüzün becərdiyimiz yem təşkil edir”
Üzü qibləyə kəsimxana, dindar qəssablar, halal kəsim, saf şollar suyu, sağlam görünüşlü toyuqlar, təmiz qablaşdırma prosesi... Səba quşçuluq fabriki ilə tanışlığa getmiş şəxslər müəssisədən bu təəssüratlarla qayıtdılar.
Xəbər verdiyimiz kimi, indi istəyən hər bir şəxs Şabranda yerləşən Səba quşçuluq müəssisəsinə aparılıb, oradakı istehsal prosesi ilə tanış ola bilər. Bunun üçün sadəcə öncədən zəng edib qeydiyyata yazılmaq lazımdır.
İlk açıq qapılar günündə Səba-nın çağırışı ilə quşçuluq fabrikini görmək üçün 40-a yaxın adam qeydiyyata düşüb. 20 Yanvar metrosu yaxınlığında onlar üçün ayrılmış avtobusla Şabrana yola düşən qonaqlar müəssisə haqqında qısa məlumat aldıqdan sonra, istehsal prosesi ilə addım-addım tanış olublar. Qonaqlara ən müasir texniki avadanlıqlardan istifadə ilə həyata keçirilən nəhəng istehsal prosesi barədə Səba-nın halal kəsim qaydaları üzrə koordinatoru Hacı Böyükağa Şükürov məlumat verib. O bildirib ki, Səba məhsullarının halallığı üzü qibləyə tikilmiş kəsimxanasından başlayır və məhsullarının təmizliyini isə müəssisəyə çəkilmiş Şollar suyu təmin edir. Səba kəsimxanasında əl ilə bir-bir dua oxunaraq yerinə yetirilən halal kəsim, əl dəymədən robotlar vasitəsilə təmizlənmə və sanitariya normalarına ciddi riayətlə yerinə yetirilən qablaşdırma proseslərini Səba qonaqlarların böyük rəğbətinə səbəb olub.
Hacı Böyükağa Şükürov quşçuluq müəssisələrində yetişdirilən cücələrin adi kənd toyuqlarından fərqli olaraq nə üçün daha tez böyüməsi barədə Səba qonaqlarının sualını cavablandırıb. Səba müəssisəsində yetişdirilən cücələr Ross 308 qarışıq cinsindəndir. Bu cücələr adi kənd cücələrindən fərqli olaraq ətlikdir. İntensiv yemləmə ilə35 günə kəsimlik halına gələn toyuqlar Səba-da 40-45 günlüyündə kəsilir.
Səba nümayəndələri müəssisədə gün ərzində 65 min toyuq kəsildiyini və bunun 20 faizinin toyuq parçaları, digər hissənin isə Səba təzə toyuq əti kimi paketləndiyini bildiriblər. Qonaqlar Səba müəssisəsi ilə tanışlıqdan sonra müəssisədən yeni çıxmış toyuq məhsullarını almaq istədiklərini bildiriblər. Səba əməkdaşları qonaqların istəklərini yerinə yetirərək, xeyli güzəştli qiymətlə Səba məhsullarını qonaqlara təqdim ediblər.
Qeyd edək ki, Səba quşçuluq fabrikinin qapıları ictimaiyyətə açıqdır və Şabrandakı müəssisə ilə tanış olmaq üçün hər gün saat 9.00-dan 19.00-dək 0124481601 və0502718351 telefon nömrələrinə zəng edib, qeydiyyata düşmək lazımdır.
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin14 May 19:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO