“Türk axını”nın istifadəyə veriləcəyi müddət dəqiqləşdi
Bizi izləyin

Digər

“Türk axını”nın istifadəyə veriləcəyi müddət dəqiqləşdi

“Türk axını” boru kəməri 2016-cı ilin dekabrında istismara veriləcək”.

Publika.az –ın məlumatına görə, belə bir bəyanatla “Qazprom” sədri Aleksey Miller çıxış edib. O bildirib ki, Rusiya ilə Türkiyə arasında bu barədə razılıq əldə edilib.

Məlum olub ki, A.Millerlə Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldızın görüşündə "Mavi axın" qaz kəmərinin modernləşdirilməsi də müzakirə edilib. Bildirilib ki, 2015-ci ilin dörd ayında “Mavi axın” vasirəsiylə Rusiyadan Türkiyəyə 5,4 milyard kub metr qaz göndərilib.Bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 4 faiz artıq qaz təhcizatı deməkdir.

Müzakirələr zamanı o da vurğulanıb ki, son 10 ildə Türkiyə bazarına qaz təhcizatı 2 dəfədən çox artıb. Türkiyə bazarı Rusiyadan enerji idxalında maraqlıdır.

Qeyd edək ki, “Qazprom” və Türkiyənin “Botas” şirkəti 2014-cü ilin dekabrın 1-də Qara dənizdən keçməklə qaz kəmərinin tikintisi üzrə memorandum imzalayıb. Qaz kəmərinin ötürmə gücü 63 milyard kubmetr qaz təşkil edəcək. Hansı ki bunun 47 milyard kubmetri Türkiyə-Yunanıstan sərhəddindəki qaz habına ötürüləcək. Kəmərin tikintisi ilə “Qazprom” məşğul olacaq.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm