“Şeytan çarxı” sabahdan istifadəyə veriləcək
Bizi izləyin

Qırmızı.az

“Şeytan çarxı” sabahdan istifadəyə veriləcək

Dənizkənarı Milli Parkın Dövlət Bayrağı Meydanına qədər uzanmış yeni bulvar hissəsində yerləşən müasir attraksion-panoram (karusel) martın 12-si saat 11:00-dan etibarən paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının istifadəsinə veriləcək.

Bu barədə Publika.Az-a Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib. O, attraksion-panoramdan istifadə üçün biletlərin qiymətlərini də açıqlayıb:

"Biletlər 6 yaşınadək uşaqlar üçün pulsuz, 6 yaşından 12 yaşınadək olan uşaqlar üçün 3 manat, 12 yaşından böyük uşaqlar və böyüklər üçün 5 manat olacaq".

N.Məcidov attraksionun bir dövrəsinin müddəti 10 dəqiqədən yarım saata qədər olacağını bildirdi: “Müddət istifadə edənlərin sayından asılı olaraq dəyişəcək. Sürəti azaltmaq mümkündür, bir nəfər belə olsa, həmin konstruksiya fırlana biləcək”.

Qeyd edək ki, müasir attraksion-panoram “Şeytan çarxı”nın diametri 60 metr olan yeni qurğuda hərəsində 8 nəfərlik yer olmaqla 30 kabinə var. Prezident İlham Əliyev və Mehriban Əliyeva martın 10-da attraksion-panoramın açılışında iştirak ediblər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm