Qırmızı.az
Azərbaycanda sıxılma və gərilmələrin olduğu bölgələrin adı açıqlandı
Azərbaycanda Yer qabığında Böyük Qafqaz, Qobustan, Kür çökəkliyi, Naxçıvan və İranla həmsərhəd ərazilərdə sıxılmalar, Kiçik Qafqazda Gədəbəy və Şuşa rayonları yaxınlığında isə gərilmələr müşahidə edilir.
AMEA-dan Publika.Az - a verilən məlumata görə, AMEA Geologiya və Geofizika İnstitutu GPS (qlobal yertəyinetmə sistemi) texnologiyası ilə ölkə ərazisinin geodinamik şəraitinə dair tədqiqatlar aparıb və mühüm nəticələr əldə edib. Bu işlər 1998-ci ildən etibarən ABŞ-ın Milli Elm Fondunun dəstəyi ilə həyata keçirilir. Araşdırmalar "Ərəbistan-Avrasiya kolliziya zonasının kontinental deformasiyalarının interpretasiyası" layihəsi çərçivəsində Massaçusets Texnologiya İnstitutu ilə birgə aparılır.
Peyk vasitəsilə aparılan tədqiqatlar nəticəsində GPS şəbəkəsində horizontal hərəkətlərin paylanma qanunauyğunluqları öyrənilib və müasir geodinamik şərait haqqında yeni məlumatlar əldə edilib. Bu məlumatlar kolliziya zonasındakı deformasiya prosesləri, regional qırılmaların dinamikası, enerji toplanan yerlərin proqnozlaşdırılması və Yerin blok quruluşunun yeni modelinə aiddir. GPS məlumatları əsasında Yer qabığının Azərbaycana aid hissəsində meydana gələn deformasiya sürətləri hesablanıb, qeyri-bircins paylanmanın olduğu göstərilib, sıxılma və gərilmə oxlarının istiqamətləri müəyyən edilib. Sıxılmalar Böyük Qafqaz, Qobustan, Kür çökəkliyi, Naxçıvan və İranla həmsərhəd ərazilərdə müşahidə olunur. Gərilmələr isə Kiçik Qafqazda Gədəbəy və Şuşa rayonları yaxınlığında özünü büruzə verir.
AMEA Rəyasət Heyətinin qərarı ilə Respublika Seysmoloji Xidmət Mərkəzinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə birgə tədqiqat proqramı hazırlamaq tövsiyə olunub.
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ