Metro yeni qrafikə keçir, qatarlararası interval azalır
Bizi izləyin

Qırmızı.az

Metro yeni qrafikə keçir, qatarlararası interval azalır

Sentyabrın 15-dən “Bakı Metropoliteni” qış qrafikinə keçir.

“Bakı Metropoliteni” QCS-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Publika.az-a verdiyi məlumata görə, yeni tədris ilinin başlanması, qış mövsümünün yaxınlaşması ilə əlaqədar olaraq Bakı metrosunun bütün stansiyalarında sərnişin axınının nəzərə çarpacaq dərəcədə artması proqnozlaşdırılır.

“Sərnişinlərə xidmət səviyyəsini yüksəltmək, hərəkət tərkiblərindən daha da səmərəli istifadə etmək məqsədilə sentyabrın 15-dən Bakı metrosu qış qrafikinə keçir. Bu da maksimum hərəkət ölçüləri - saatda 30 cüt qatar hərəkət qrafikinin istifadə olunması zərurətini doğurur”, deyə N.Paşayev bildirib.

Onun sözlərinə görə, qatarların sayı artırılmaqla qatarlararası intervalı da azaldılır. Belə ki, Həzi Aslanov - 28 may stansiyaları arasında hərəkət intervalı 2 - 2.5 dəqiqə (pik və qeyri-pik saatlarda) olacaq. 28 may - Dərnəgül və 28 May - İçərişəhər stansiyaları arasında isə maksimum interval müvafiq olaraq 4-5 dəqiqə olacaq.

Qeyd edək ki, iyul ayından Bakı metrosunda "yay qrafiki" tətbiq edilirdi. Belə ki, xətlərdə saatda 24 cüt qatar tərkibi hərəkət edirdi və qatarlararası interval artırılmışdı.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm