Hansı bölgələrdə yeni ali məktəblər açıla bilər? - Sorğu
Bizi izləyin

Qırmızı.az

Hansı bölgələrdə yeni ali məktəblər açıla bilər? - Sorğu

Təhsil Nazirliyi Şirvan, Şamaxı, Quba, həmçinin Mingəçevir və ya Qazaxda universitetlərin yaradılması məsələsinə münasibət bildirib.

Publika.Az-ın sorğusuna verilən cavabda bildirilir ki, ali təhsil müəssisələrinin təkmilləşdirilməsi məsələsi gündəmdədir:

“Regionların inkişafı üzrə Dövlət proqramına və Azərbaycan Respublikasinda Təhsilin inkişafı üzrə dövlət strategiyasına müvafiq olaraq ali təhsil müəssisələrinin şəbəkəsinin təkmilləşdirilməsi məsələsinə baxılacaq. Bu zaman qeyd olunan regionlarda ali təhsil müəssisələrinin yaradılması məsələsinə baxıla bilər”.

Xatırladaq ki, Milli Məclisin sonuncu iclasında millət vəkili Musa Qasımlı bir sıra bölgələrdə ali məktəblərin açılması məsələsini qaldırıb:

"Maliyyə, texniki və kadr çətinliklərinə baxmayaraq, Şirvan, Şamaxı, yaxud Qubada, həmçinin Mingəçevir və ya Qazaxda universitetlərin açılmasını faydalı hesab edib: "Dağıstan və Gürcüstanda xeyli sayda azərbaycanlıların olduğunu nəzərə alsaq, bu universitetlərin daha çox faydası olar. Artıq bunun zamanı gəlib çatıb. Doğrudur, bu asan məsələ deyil, amma mümkündür".

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm