Bakı İstintaq təcridxanasında baş vermiş ölüm faktı ilə bağlı ilkin ehtimallar açıqlandı
Bizi izləyin

Qırmızı.az

Bakı İstintaq təcridxanasında baş vermiş ölüm faktı ilə bağlı ilkin ehtimallar açıqlandı

Bakı İstintaq təcridxanasında saxlanılan 58 yaşlı kişi ölüb.

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən Trend-ə verilən məlumata görə, Bakı İstintaq təcridxanasında təqsirləndirilən şəxs qismində saxlanılan, 1956-cı il təvəllüdlü Rasim Ağayev təcridxanada ölüb. İdarənin həkimlərinin ilkin ehtimallarına görə, saxlanılan şəxs ürək infartktından dünyasını dəyişib.

R.Ağayevin ölümünün dəqiq səbəbləri təyin edilmiş ekspertizanın nəticələri açıqlanandan sonra məlum olacaq.

Qeyd edək ki, R.Ağayev Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə təqsirləndirildiyindən təcridxanada saxlanılırdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm