Həbsxanaya unikal üsulla narkotik keçirmək cəhdi baş tutmadı
Bizi izləyin

Qırmızı.az

Həbsxanaya unikal üsulla narkotik keçirmək cəhdi baş tutmadı

İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, 3 saylı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrinə əsasən həbs edilmiş Rəşad Allahverdi oğlu Allahverdiyevə qardaşı Əfqan Allahverdi oğlu Allahverdiyevin gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı bişirilmiş qəndin içərisində siqaret kağızına bükülərək gizlədilmiş 4 bükümdə, ümumi xalis çəkisi 3.017 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm