Qırmızı.az
Bakıya yollanan erməni hərbçiləri yarı yoldan qayıdıblar
Müdafiə Nazirliyi nümayəndə heyətinin İrəvana qayıtdığını bildirir. Bakıda keçirilən MDB ölkələri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti yığıncağına yollanan Ermənistan Müdafiə Nazirliyinin nümayəndə heyəti Moskvadan geri qayıtmalı olub.
Publika.Az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, Ermənistan Müdafiə Nazirliyi mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, Azərbaycan erməni hərbçilərini qəbul etməyə maraqlı olduğunu təsdiqləmədiyindən onlar İrəvana qayıdıblar.“MDB-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının 2014-cü il iş planına əsasən və regionda qarşılıqlı etimad yaradılması istiqamətində tədbirlər görülməsi məqsədilə, Ermənistan Müdafiə Nazirliyi silahlı qüvvələri öz nümayəndə heyətini MDB ölkələri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti yığıncağında iştirak etmək üçün Bakıya göndərməyə hazır olub”, - məlumatda deyilir.
Müdafiə Nazirliyinin məlumatına görə, Bakıya getmək üçün Ermənistan hərbi nümayəndə heyəti aprelin 7-də Moskvaya gedibmiş.“Lakin MDB Nazirlər Şurası katibliyinin dəvət etməsinə və Azərbaycan Müdafiə Nazirliyinə rəsmi bildiriş göndərməsinə baxmayaraq, qəbul edən tərəf Ermənistan nümayəndə heyətini qəbul etməyə hazır və maraqlı olduğunu təsdiq etməmişdi”.
Bu səbəbdən Ermənistan nümayəndə heyətinin Bakıya uçuşu ləğv edilib və heyət üzvləri İrəvana qayıdıb.
Aydəmir
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...