AVP Gənclər Təşkilatının iclası keçirilib
Bizi izləyin

Qırmızı.az

AVP Gənclər Təşkilatının iclası keçirilib

Yanvarın 18-də Ana Vətən Partiyası Gənclər Təşkilatı İdarə Heyətinin iclası keçirilib

İclasda ilk olaraq çıxış edən Ana Vətən Partiyası Gənclər Təşkilatının sədri Tural Məmmədov 2013-cü ildə partiyanın gördüyü işlərdən danışaraq, gündəlikdə duran məsələlərin müzakirəsinə keçdi.

Sədr partiya sıralarına gənclərin cəlb olunması, sosial şəbəkələrdə təbliğat işinin daha da gücləndirilməsi, fevral-iyun ayları üçün AVP Gənclər Təşkilatının iş planının təsdiq edilməsi kimi vacib məsələləri İdarə Heyətinin diqqətinə çatdırdı.

İclasda AVP Gənclər Təşkilatı sədrinin siyasi məsələlər üzrə müavini Mikayıl İbrahimov ardıcıl olaraq vətənpərvərlik mövzusunda tədbirlərin keçirilməsinin zəruriliyini vurğuladı.

Gənclər təşkilatının iş planı haqqında danışan Gənclər Təşkilatı sədrinin təşkilati məsələlər üzrə müavini Hikmət Yusifov vətəndaşlar arasında AVP ideoloji xəttini təşkil edən azərbaycançılıq, dövlətçilik, vətənpərvərlik ideyalarının təbliğinin zəruri olduğunu İdarə Heyətinin nəzərinə çatdırdı. İclasda digər İdarə Heyəti üzvlərinin fikirləri dinlənildi. Sonda fevral-iyun ayları üçün AVP Gənclər Təşkilatının iş planı təsdiq edildi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm