• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Gülər Əhmədovanın vəkili narazıdır

Gülər Əhmədovanın vəkili narazıdır

Həbsdə olan sabiq deputat Gülər Əhmədovanın vəkili Əfsər Talıbov “Media forum” saytına Bakı Apellyasiya Məhkəməsinə şikayətləri əsasında keçirilən hazırlıq prosesini dəyərləndirib.

Əfsər Talıbov hazırlıq iclasından narazı qaldıqlarını bildirib: “Məhkəməyə verdiyimiz vəsatətlərdən üçü təmin olundu. Biz ekspertlərin, müstəntiq Eldar Qocayevin, əlavə şahidlərin, Gülər Əhmədovanın və Elşad Abdullayevin məhkəmə baxışı zamanı dindirilməsi, Türkiyə vətəndaşı Səlcuq Ağlayanın məhkəməyə gətirilməsi, bəzi mesaj və videonun, Sevinc Babayevanın Bakı Şəhər Prokurorluğuna təqdim etdiyi müraciətin tədqiq edilməsi barədə vəsatətlər vermişdik. Bu vəsatətlərdən yalnız ekspertlərin, əlavə şahidlərin və Gülər Əhmədovanın məhkəmə baxışı zamanı dindirilməsi barədə vəsatətlər təmin olundu”.

Əfsər Talıbov növbəti məhkəmə haqqında öncədən nəyisə deməyin doğru olmadığını vurğulayıb: “Bu, məhkəmə baxışıdır. Əvvəlcədən məhkəmənin necə keçəcəyi, nəticəsi barədə heç nə deyə bilmərik. Məhkəmə baxışı zamanı hər şey müəyyən olunacaq. Aprelin 17-də Gülər Əhmədovanın yanında oldum, vəsatətləri müzakirə etdik. Məhkəməyə hazırlaşır”.

Ötən il dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsi Gülər Əhmədovanı 3 il müddətinə azadlıqdan məhrum edib. 2013-cü ilin fevralında tutulan Gülər Əhmədova külli miqdarda ziyan vurmaqla dələduzluqda və ağır cinayəti gizlətmədə təqsirli bilinib.

Hökmə görə, Gülər Əhmədova 2005-ci ildə tanışı Sevinc Babayeva ilə əlbir olub Azərbaycan Beynəlxalq Universitetinin rektoru vəzifəsində işləmiş Elşad Abdullayevə deputat seçilməsinə köməklik edəcəyi barədə yalan vədlər verib, 1 milyon ABŞ dollarını ələ keçirib, 2012-ci ildə isə Sevinc Babayevanı istintaqdan yayındıraraq onun Türkiyədə gizlənməsinə şərait yaradıb.

Apellyasiya şikayətində Gülər Əhmədovaya bəraət verilməsi xahiş olunur.

Növbəti proses aprelin 23-də olacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR