Qırmızı.az
Nazirlik Bakıda iməcilik keçirib
Ekologiya və Təbii Sərvətlər Nazirliyi 22 aprel- Beynəlхalq Yer Günü ilə əlaqədar Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 10-cu kilometrliyində iməcilik keçirib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin
400-ə yaxın əməkdaşının iştirak etdiyi iməcilikdə sözügedən
ərazinin 100 hektar sahəsində abadlıq işləri aparılaraq
yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ağacların dibi
yumşaldılıb, ərazi alaq otlarından və tullantılardan
təmizlənib.
Beynəlxalq Yer Günü ilə əlaqədar regionlarda da iməciliklər təşkil
edilərək yaşıllıqlara qulluq edilməsi, təmizlik işlərinin
aparılması kimi tədbirlər həyata keçirilib.
Xatırladaq ki, 22 aprel Beynəlxalq Yer gününun keçirilmə ənənələri
ХIХ əsrin 40-cı illərinə təsadüf edir. 1882-ci ildə 22 aprel tarixi
Nebraska ştatında rəsmi olaraq bayram günü elan olunaraq "Ağac
günü" kimi qeyd olunmağa başlanmışdı. 1970-ci ildən isə ekoloji
fəallardan olan senator Geylord Nelsonun təklifinə əsasən, ekoloji
problemlərə, ətraf mühitin çirklənməsinə, təbiətin əhəmiyyətinə
diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək "Yer
Günü" adlandırılmışdı.
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ