Qırmızı.az
“Azəryolservis” dəki avtoş işdən çıxarıldı
"Azəryolservis”in rəhbəri Cavid Qurbanov Zaur Bağırovu işdən çıxarıb.
Zaur Bağırovun adı nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun oğlu Aynar Məmmədovla bağlı qalmaqalda hallanırdı. Sosial şəbəkələrdə Aynar Məmmədovun aeroport yolunda sürət yarışına çıxdığını əks etdirən videokadrlar yayılmışdı.
Lakin Elton Məmmədov bildirmişdi ki, oğlunun bu məsələyə aidiyyatı yoxdur. Onun sözlərinə görə, videokadrlarda əks olunan və Aynar Məmmədova məxsus olduğu bildirilən 10 LZ 100 dövlət nişanlı “Nissan Skyline GT-R35" markalı avtomobilin sahibi də başqa şəxsdir.
Mətbuatın apardığı araşdırma nəticəsində həmin avtomobilin Zaur Mətləb oğlu Bağırov adlı şəxsin adına olduğu üzə çıxmışdı. O da məlum olmuşdu ki, Zaur Bağırov “Azəryolservis”də işləyir. Və Bağırovlar Məmmədovlarla ailəvi dostdur.
“Azadlıq”a daxil olan məlumata görə, Cavid Qurbanov bu məsələdə rəhbərlik etdiyi qurumun adının hallanmasından narahat olub. Ona görə də Zaur Bağırovun işdən çıxarılması barədə əmr imzalayıb.
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər