Qırmızı.az
BDU-da maaşlar artırıldı
BDU-nun 400-ə yaxın əməkdaşının maaşı artırılıb.
Son illər Bakı Dövlət Universiteti əməkdaşlarının
əmək şəraitinin və rifah halının yaxşılaşdırılması, onların sosial
müdafiəsinin gücləndirilməsi istiqamətində bir sıra tədbirlər
həyata keçirilir.
BDU-nun Mətbuat və İnformasiya Xidmətindən verilən
məlumata görə, prezidentin “Ali təhsil müəssisələrində yeni
maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə”2010-cu il 10
fevral tarixli Fərmanının və Nazirlər Kabinetinin 22 oktyabr
2012-ci il tarixli Qərarının icrasını təmin etmək və BDU-da çalışan
əməkdaşların rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin
daha da gücləndirilməsi məqsədilə yaradılmış komissiyanın rəyini
nəzərə alaraq ayrı-ayrı sahələrdə çalışan işçilərin 01 fevral
2013-cü ildən etibarən aylıq vəzifə maaşları artırılıb.
Eyni zamanda, “Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası” nın müvafiq bəndinə uyğun
olaraq, BDU rektoru maaşların differensasiyalı artımı ilə baglı 31
mart 2014-cü il tarixində əmr verib. Əmrə əsasən, BDU
professor-müəllim heyətinin maddi rifah halını bir qədər də
yaxşılaşdırmaq, elmi-pedaqoji fəaliyyətini stimullaşdırmaq
məqsədilə bütün kafedralarda fakültə dekanı, tədris-metodiki
şurasının sədri və fakültə Həmkarlar Təşkilatı sədrinin iştirakı
ilə iclaslar keçirilib, hər bir müəllimin son 3 il ərzində elmi,
tədris və ictimai fəaliyyəti ətraflı təhlil edilərək və tələbələrin
akket sorğusunun nəticələri nəzərə alınaraq müvafiq namizədlər
irəli sürülüb, həmin əməkdaşların maaşı 01 aprel 2014-cü il
tarixindən etibarən cari ilin sonunadək 100 manat artırılıb.
Növbəti il eyni göstəricilər əsas götürməklə kafedra əməkdaşları
arasında yenidən seçim aparılacaq.
Eyni zamanda, BDU-da idarəetmənin daha da
optimallaşdırılması və inzibati-idarəetmə struktur rəhbərlərinin
stimullaşdırılması məqsədilə rektorun başqa bir əmrinə əsasən
struktur rəhbərlərinin maaşlarında da müəyyən artımlar
edilib.
Artım ümumilikdə universitetin 400-dən artıq
əməkdaşına şamil edilib.
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi