Hacıbala Abutalıbov köşkləri yığışdırır - FOTO
Bizi izləyin

Qırmızı.az

Hacıbala Abutalıbov köşkləri yığışdırır - FOTO

2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Olimpiya Oyunlarına kimi paytaxtda yerləşən bütün köhnə qəzet köşkləri yeniləri ilə əvəzlənəcək.

Bunu açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentinin mətbuat xidmətin rəhbəri Əliabbas Bağırov bildirib. O vurğulayıb ki, BŞİH paytaxtda keçiriləcək bu idman yarışına kimi üzərinə düşən bütün işləri həyata keçirəcək:

“Bu məsələ də İcra Hakimiyyətinin nəzarətində saxlanılır. İndiyənə kimi müasir standartlara uyğun, şəhərin tarixi memarlıq üslubuna uyğun gələn 165 yeni qəzet köşkü Bakıya gətirilərək köhnələri ilə əvəzlənib”.

Xatırladaq ki, 2011-ci ilin sentyabrından Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun göstərişi ilə paytaxtda yeni qəzet köşkləri gətirilərək, köhnələri ilə əvəzlənir. /AzNews.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm