Qırmızı.az
Azərbaycanda Nüvə Elektrik Stansiyası tikiləcək
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Milli Nüvə Tədqiqatları Mərkəzinin yaradılması layihəsi
çərçivəsində Nüvə Elektrik Stansiyasının tikintisini bərpa etmək
niyyətindədir. Bu barədə Trend-ə nazirliyin mətbuat xidmətindən
məlumat verilib.
Məlumata görə, bu ilin sonuna qədər nazirlik bu layihənin
reallaşdırılmasına başlamaq niyyətindədir: "Bu ilin sonuna kimi biz
Sovet İttifaqı dövründə tikintisinə başlanılmış, lakin təxirə
salınmış Nüvə Elektrik Stansiyasının tikintisini bərpa etmək
niyyətindəyik. Bu layihə çərçivəsində nüvə reaktorlarının tikintisi
nəzərdə tutulub. Yəqin ki, yaxın 3-4 il ərzində bu proses başa
çatar".
Qeyd edək ki, Fransanın "VINCI Construction Grands Projets"
şirkətinin istismar üzrə direktoru Patrick Kadri Azərbaycanın Milli
Nüvə Tədqiqatları Mərkəzinin yaradılması layihəsi çərçivəsində
tikinti işlərinin həyata keçirilməsində maraq göstərib. Şirkət nüvə
sahəsində reallaşdırılan layihələr çərçivəsində 47 tikinti
reallaşdırıb və bu sahədə beş ən iri şirkətdən biridir.
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ