Liftdə qalmış 2 şəxs xilas edilib
Bizi izləyin

Qırmızı.az

Liftdə qalmış 2 şəxs xilas edilib

Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfər köməksiz vəziyyətdə qalıb.

Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfər köməksiz vəziyyətdə qalıb.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 2-ci və 3-cü mərtəbələr arasında dayanıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə lifti 5-ci mərtəbəyə qaldırıb qapılarını açaraq vətəndaşların liftdən çıxmasına şərait yaradıblar. Əməliyyat saat 04:02-də başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm