Dəniz və okean sularından hidrogen alınacaq
Bizi izləyin

Qırmızı.az

Dəniz və okean sularından hidrogen alınacaq

Qafqaz Universitetinin mühəndislik fakültəsinin kimya mühəndisliyi bölməsində dəniz suyundan hidrogen əldə etmək üçün genişmiqyaslı tədqiqat işlərinə strat verilib. Artıq 3 tələbə, 3 müəllim və 1 mühəndisdən təşkil olunmuş təqdiqat qrupu intensiv olaraq bu işlə bağlı fəaliyyət göstərirlər. Təkmil pilot bir cihaz qurulmuş və müvəffəqiyyətlə istifadəyə verilib.

Universitetin mətbuat xidmətindən publika.az-a verilən xəbərə görə, cihazın reaktor qismində altı ədəd elektrod quraşdırlıb və bu elektrodlarda anod tamamilə izolasiya edilib.

“Katod və anod arasındakı keçiricilik membran vasitəsilə təmin edilir. Membran kimi Azərbaycanın təbii mineral ehtiyatlarından istifadə edilib. Hazırda tədqiqatlar zaman keçdikcə dəniz suyunda olan xlorid miqdarının neçə dəyişdiyini öyərənmək istiqamətində davam edir. Gələcəkdə alınmış yanacağın enerji dəyərini ölçmək üçün qaz kalorimetri və qaz xromotoqrafiya cihazi ilə yanacaqda olan qaz qarışığının hansı komponentlərdən təşkil olunduğunu öyrənmə istiqamətində davam etdiriləcəyi planlaşdırılıb”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm