Ahıllar xəstəxanasında yanğın: 21 ölü
Bizi izləyin

Qırmızı.az

Ahıllar xəstəxanasında yanğın: 21 ölü

Cənubi Koreyanın Çanson rayonunda ahılların xəstəxanasında yanğın baş verib.


Cənubi Koreyanın Çanson rayonunda baş verən hadisə nəticəsində 21 nəfər zəhərli qazdan boğularaq ölüb, 7 nəfər isə xəsarət alıb.


Məlumata görə, yanğın baş verən zaman xəstəxanada 35 nəfər olub. Xəstələrdən bir neçəsi və bir tibbi bacısı xəstəxananı vaxtında tərk edə bilib.


Xəstələrin əksəriyyəti iflicdən əziyyyət çəkdiyindən onları dərhal təxliyə etmək mümkün olmayıb.


Polis yanğına nəyin səbəb olması barədə hələlik heç bir məlumat verməyib.


Faktla bağlı istintaq araşdırması başladılıb. /Ans press

Oxumağa davam et
Reklam
Reklam

Gündəm