Qırmızı.az
Əlil nazirlikdə özünü doğradı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində intihara cəhd hadisəsi baş verib.
AzNews.az-a daxil olan məlumata görə, hadisə mayın 29-da günorta saatlarında nazirliyin binasında qeydə alınıb. Nazirlikdə vətəndaşların qəbulu zamanı 50 yaşlı kişi naməlum səbəbdən özünə bıçaqla xəsarət yetirib. O, qəbul otağında bıçaqla bud nahiyəsini doğrayıb. Yaralı dərhal akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinə yerləşdirilib.
Mərkəzdən AzNews.az-a hadisənin baş verməsi faktı təsdiqlənib.
Bildirilib ki, xəstə - 53 yaşlı, əlil Rəsid Nəbiyev bud nahiyəsinin
kəsilmiş-deşilmiş xəsarəti ilə klinikaya yerləşdirilib. Onun
üzərində dərhal cərrahi əməliyyat aparılıb. Hadisə şahidlərinin
verdiyi məlumata görə, R. Nəbiyevin intihara cəhd etməsinə səbəb
nazirliyin əlilliyin müəyyənləşdirilməsi ilə bağlı ekspert rəyinə
etiraz etməsi olub:
“O, birinci qrup əlil idi. Təkrar komissiyada isə onun dərəcəsi azaldılaraq 3-cü dərəcə edildi. Əlil də buna etiraz edərək, özünü doğradı”.
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi