Bakıda tozun miqdarı normadan 2-3 dəfə çoxdur
Bizi izləyin

Qırmızı.az

Bakıda tozun miqdarı normadan 2-3 dəfə çoxdur

"Havada olan toz-duman çirklənməsi 1-2 sutka ərzində səpələnərək qum səviyyəsinə gəlib çıxacaq. Başqa sözlə, 2 sutka ərzində Abşeron yarımadasında atmosferdən toz-duman çirklənməsi təmizlənəcək, hava həmişəki kimi olacaq. Artıq hiss olunur ki, səpələnmə gedir. Olsun ki, küləyin sürəti gecə saatlarında bir az da artacaq".

Bunu Publika.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova söyləyib.

M. Avazova bildirib ki, bu, çirkləndirici toz deyil, fiziki tozdur, təbii haldır:

“3 gün əvvəl Türkmənistanda səhrada burulğanlı külək əsməyə başlayıb. Azərbaycanda isə zəif şərq küləyi əsirdi. Şərq küləyi artıq bu gün şimal-şərq küləyinə keçdikdən sonra küləyin sürəti bir az artdı. Nəticədə həmin tozlu külək Abşeron yarımadası ərazisində də müşahidə olundu. Artıq sabahdan etibarən şimal küləyi əsməyə başlayacaq. Bundan sonra səpələnmə yaxşı getməlidir”, deyə nazirlik rəsmisi əlavə edib.

Gülşanə Mustafayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm