Maqnit qasırğası yaxınlaşır
Bizi izləyin

Qırmızı.az

Maqnit qasırğası yaxınlaşır

Ürək xəstəlikləri olanlar sabah dərmanlarını yanlarında saxlamalı, çox hərəkət etməməlidirlər.

Bunu Publika.az-a Şamaxı Astrofizika Rəsədxanasının Günəş Fizikası şöbəsinin müdiri Namiq Cəlilov növbəti maqnit küləklərinin yarada biləcəyi fəsadlardan danışarkən deyib.

Şöbə müdirinin sözlərinə görə, sonuncu maqnit qasırğası səhər saat 6:00-da başlayıb, günorta 13:00-da bitmişdi. Fırtınalar maksimum 5-6 saat çəkir. Həmin saatlarda ürək xəstəlikləri olanlar evdə, daha çox uzanmış halda qalmalıdırlar.

N.Cəlilov Şamaxı Astofizika Rəsədxanasında maqnit qasırğalarını birbaşa izləmək üçün texniki imkanın olmadığını deyib.

“Bu cür müşahidələr, əsasən, NASA tərəfindən aparılır, çünki onların iki peyki Günəşi bütün günü müşahidə edir. Məlumat NASA tərəfindən verilibsə, həqiqətdir”.

Şöbə müdirinin sözlərinə görə, 11 ildən bir Günəşdə maqnit aktivliyi maksimuma çatır. Hazırda maksimum həddindəyik.

“Ona görə də Günəşdə hər gün alışmalar, partlayışlar baş verir. Onun Yerə tuşlanma ehtimalı çox olmur. Partlayış Günəşin mərkəzi meridianında baş verirsə, atılan plazma kütlələri 2-3 gün ərzində, şüalanma isə birbaşa, yüksək səviyyəli olanda 8 saniyəyə yerə çatır. Günəşlə yer arasında 150 mln kilometr məsafə olduğuna görə, oradakı atəşlərin yerə dəyməsi ehtimalı çox azdır. Dəyəndə yerin maqnit sahəsi silkələnir, fırtınalar yaradır. Dünən baxdığım məlumata görə, mərkəzi meridiandan sol tərəfdə böyük maqnitləşmə qrupları vardı, onun üzərində alışmalar baş verirdi, lakin güclü deyildi. Günəşdəki partlayışın yaratdığı rentgen şüaları gücündən asılı olaraq, beş sinfə bölünür: A, B, C, M və X. Bu günlərdə baş verən partlayış isə ən güclü X sinfinə aiddir. Son güclü alışma ötən bazar günü olmuşdu. Lakin bu barədə əvvəldən proqnoz yox idi”.

Xatırladaq ki, Rusiya mətbuatında Sabah Yer kürəsində güclü maqnit küləkləri olacağı yazılıb. Bu, iyunun 9-da və 10-da Günəşdə baş verən iki güclü partlayış səbəbindən olacaq. NASA alimləri ötən gün də Günəşdə partlayış qeydə alıblar.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm