Bakıda zabit güllə yarası aldı (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Bakıda zabit güllə yarası aldı (YENİLƏNİB)

Bakıda zabit güllə yarası aldı

Gicgahından güllə yarası alan zabitin vəziyyəti kritikdir. ANS PRESS-in əldə etdiyi məlumata görə, yaralı zabit Dövlət Sərhəd Xidmətinin leytenantıdır. Hazırda yaralı zabit Nicat Rüstəmov Neyrocərrahiyyə İnstitutunun reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan ANS PRESS-ə verilən məlumata görə, xəstəxanaya gətirilən zaman qəlpə zabitin başından çıxıbmış. Hazırda xəstə reanimasiya şöbəsində süni nəfəs aparatına qoşulub.

Həkimlər zabiti həyatda saxlamaq üçün əllərindən gələni edirlər.

12:28

Bu səhər Bakının Pirallahı rayonunda leytenant gicgahından yaralanıb.


ANS PRESS-in məlumatına görə, Türkan-Hövsan yolunda yerləşən N saylı hərbi hissənin leytenantı ağır yaralanıb.

Hadisə hərbi gəmilərdən birində baş verib. Hərbçi Nicat Rüstəmov gicgah nahiyyəsindən güllə yarası alıb.

Hazırda yaralı xəstəxanaya aparılır.

Hələlik hadisə ilə bağlı rəsmi qurumlardan açıqlama verilməyib. ANS PRESS hadisəni nəzarətdə saxlayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm