Qırmızı.az
Tələbə rektor oldu
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) növbəti “Tələbə rektor” layihəsi həyata keçirilib.
Universitetin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, səsvermə yolu ilə seçilmiş “Uçot-iqtisad” fakültəsinin III kurs tələbəsi Suliddin Bağırov bir iş günü ərzində universitetin rektoru ilə birgə onun fəaliyyətini icra edib.
Rektorla birgə iş gününə başlayan “Tələbə rektor” əvvəlcədən
tələbələrin təhsili və həyatı ilə bağlı mövcud vəziyyəti təhlil
edərək, konkret problemləri müəyyənləşdirib. Onları
sistemləşdirərək hazırladığı təklif və tövsiyyələr paketini rektora
təqdim edib.
Daha sonra rektorla “tələbə rektor” birgə görüşlər keçirib,
müzakirələr aparıblar.
Bir günlük rektor universitet rektoru ilə bir yerdə ali təhsil
ocağının əməkdaşlarını da qəbul edib.
Qeyd edək ki, layihənin məqsədi “Azərbaycan Respublikasında
təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn
vəzifələrin icrası – şəffaf və səmərəli idarəetmə mexanizmlərinin
yaradılması, universitetdə tələbə özünüidarəetmə sisteminin
təşkili, tələbələrdə idarəetmə bacarıqlarının inkişafı, yeni
demokratik kommunikasiya vasitəsinin yaradılmasıdır.
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin14 May 19:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil4 May 18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial4 May 17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO