Bakıda da at və uzunqulaq qalıqları tapıldı
Bizi izləyin

Qırmızı.az

Bakıda da at və uzunqulaq qalıqları tapıldı

Qaradağ rayonu Qızıldaş qəsəbəsi ərazisində kisələrdə at və uzunqulaq başları aşkarlanıb.

Qəsəbə sakinlərinin verdiyi məlumata görə, "14-cü kalon" deyilən yerin yaxınlığında kisələrə doldurulmuş ölü heyvan başları var. Ərazidə yaşayanlar bu halın bir neçə gündür ki, müşahidə olunduğunu deyirlər. Qəsəbə sakinləri heyvan başlarının həmin əraziyə cənub bölgəsindən gələn yük maşınları tərəfindən boşaldıldığını bildiriblər.

Xatırladaq ki, bir müddət öncə də Xaçmaz rayonunda yerləşən meşə massivində 428 ədəd at və uzunqulaq ayağı aşkarlanmışdı. Eyni zamanda, Xaçmaz rayonunun Qımıl kəndi ərazisində təxminən 1000-dək at və eşşək cəsədi aşkar edilmişdi. Heyvan qalıqlarının ora necə töküldüyü sirr olaraq qalır (ANS).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm