
Bakıda bədbəxt handisə ölümlə nəticələnib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən
məlumata görə, ötən gün Bakı şəhər sakini Zakir Cəfərov yaşadığı
mənzildə ev işləri ilə məşğul olub.
O, məişət əşyalarının yerini dəyişmək istəyib.
Lakin bu zaman dolabdan düşən şüşə onun boyun nahiyyəsini
kəsib.
Z.Cəfərov aldığı xəsarətdən hadisə yerində ölüb.