Qırmızı.az
Qanunsuz tikililərin taleyi nə oldu? - YENİ QƏRAR
Bakı sakinlərinin bir qismini narahat edən əsas
problemlərdən biri öz həllini tapır. Məlumdur ki, Bakı və ətraf
qəsəbələrdə qeyri-qanuni xeyli tikililər mövcuddur. Bu da bir çox
hallarda vətəndaşlarla dövlət qurumları arasında ciddi problemə
səbəb olur.
Tikililərin dövlət qeydiyyatına salınmasında isə vətəndaşlar ciddi
əngəllərlə qarşılaşır. Bu problemin həll olunması və paytaxtında
qanunsuz tikililərin sənədləşdirilməsi ilə bağlı Prezident İlham
Əliyevin tapşırıqlarına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti
belə tikililərin siyahıya alınması prosesini başa çatdırıb.
AzNews.az-ın əldə etdiyi məlumata görə, artıq 4 kateqoriya üzrə
siyahı hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib: “Bakı Şəhər
İcra Hakimiyyəti müvafiq qurumlarla birgə 1900-1950-ci ilədək,
1975-ci ilədək, 1990-2000-ci ilədək və 2012-ci ilədək tikilən
sənədsiz tikililərin siyahısını tərtib edib”.
Xəbəri Bakı Şəhər İcra Hakimiyyətindən təsdiqləyiblər. Qurumdan
AzNews.az-a bildirilib ki, sözügedən kateqoriyalar üzrə icazəsiz
tikilən evlərin sənədləşdirilməsinə bu ilin sentyabrından
başlanacaq.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, deputatVahid
Əhmədovbildirib ki, bu ilin sentyabrından Bakı və ətraf qəsəbələrdə
bu tip tikililərin sənədləşdirilməsi prosesinin başlanacağını
istisna etməyib:
“Bununla bağlı dövlət başçısı tərəfindən göstəriş verilib. Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı komissiya yaradılıb. Aldığım son məlumata görə, problemin həlli ilə bağlı komissiya tərəfindən işlər yekunlaşıb. Bununla bağlı ölkə başçısına da yaxın vaxtlarda məlumat veriləcək. Yəqin ki, sentyabrdan sənədsiz evlərin sənədləşdirilməsinə başlanılacaq”.
Xatırladaq ki, ölkə başçısı 2010-cu ildə Bakı və ətraf
qəsəbələrinin inkişafına dair II Dövlət Proqramının təqdimatına
dair keçirilən konfransda bu problemi qaldırıldı. Prezident İlham
Əliyev qanunsuz tikililər məsələsinin paytaxt üçün ciddi sosial
problemə çevrildiyini bəyan edərək müvafiq strukturlara xüsusilə
Bakı Şəhər İcra Hakimiyyətinə sənədləşmə ilə bağlı xüsusi tapşırıq
verib.
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi