Qırmızı.az
Fazil Mustafa Azərbaycanda vəhhabi təhlükəsindən DANIŞDI
“Suriya və İraqda baş verən hadisələrin Azərbaycana yönəldilməsi cəhdləri narahatedici məqamlardır”.
Bunu Publika.az-a açıqlamasında Böyük Quruluş Partiyasının (BQP) sədri, Milli Məclisin deputatı Fazil Mustafa bildirib.
Onun sözlərinə görə, Suriyada və İraqda baş kəsən radikal dini qüvvələrin hərəkətlərinin Azərbaycanda internet vasitəsilə yayılması, mediada əks olunması xoşagəlməz hal deyil:
“Burada ən xoşagəlməz hal isə İslam dininin təhrif olunaraq bu formaya salınmasıdır”.
Deputat deyib ki, Ramazan ayında televiziya kanallarında və mətbuatda dini maarifçilik aparılmalıdır:
“Gərək ki, mübarək ayda bu fürsət qaçırılmalı deyildi. Cəhalət olan yerdə Suriyadakı hadisələr olacaq. Cəhalət olan yerdə insanlar din əvəzinə hər hansı radikal düşüncəni mənimsəyəcək və adını da yalandan İslam qoyacaq. Cəhalət olan yerdə insanlar baş kəsəcəklər, özlərini dəmirlə döyəcəklər və sairə. Bunun da adını yalandan İslam qoyacaqlar. Bu isə digər insanları da qorxuzacaq. Bütün bunların qarşısını almaq üçün təkcə inzibati tədbirlərin görülməsi yetərli deyil. Bunun həllində daha çox maarifçilik yolu ilə diqqət edilməlidir. Çox təəssüf ki, Azərbaycanda bu yol diqqətdən kənarda saxlanılır”.
Vasif Həsənli
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ