Təyyarə qəzası ilə bağlı cinayət işi başlanıb
Bizi izləyin

Qırmızı.az

Təyyarə qəzası ilə bağlı cinayət işi başlanıb

Səhər saatlarında Zabrat-Maştağa qəsəbəsi ərazisində baş verən təyyarə qəzası ilə bağlı cinayət işi başlanıb. Bu barədə Publika.az-a Sabunçu Rayon Polis İdarəsindən məlumat verilib.

AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli də məsələ ilə bağlı Publika.az-a açıqlama verib.

Bildirib ki, Azərbaycan Hava Yolları” QSC-nin “Cessna 172 F” birmühərrikli təyyarəsi təlim uçuşları zamanı məcburi eniş edərkən qəzaya düşüb. Təyyarənin içərisində olan 2 təlimatçı pilot və 1 təcrübəçi pilot olmaqla 3 nəfər xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, qəza zamanı təyyarə yuvarlanaraq Maştağa Olimpiya Kompleksinin yanındakı əraziyə düşüb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm