Qırmızı.az
Balakən sakininin həyətində narkotik bitki aşkarlanıb
Balakən rayon sakininin evinin həyətyanı sahəsində
aqrotexniki qaydada qulluq göstərilmiş narkotik tərkibli bitki
aşkarlanıb.
Balakən Rayon Polis Şöbəsindən verilən məlumata görə, Balakən
RPŞ-nin əməkdaşları rayon ərazisində narkotik maddələrin qanunsuz
dövriyyəsi və narkotik tərkibli bitkilərin becərdilməsi ilə məşğul
olan şəxslərin aşkarlanaraq istintaqa təhvil edilməsi istiqamətində
növbəti əməliyyat-axtarış tədbiri keçirib.
Rayonun Xalatala kənd sakini, 1947-ci il təvəllüdlü, Əhməd Ömər
oğlu Şəfiyevin yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən
yaşayış üçün istifadəyə edilməyən evin arxasından 25 metr aralı
məsafədə, tərəvəz əkilən sahədə xiyar və lobya arxlarının arasında,
xüsusi kultivasiya və aqrotexniki qaydada qulluq edilmiş, ümumi
çəkisi 14 kq olan, hündürlüyü 50 sm-dən 2 m-ə qədər olan, narkotik
tərkibli bitki hesab edilən 10 ədəd çətənə kolu aşkar edilərək
maddi sübut kimi götürülüb. 67 yaşlı Əhməd Şəfiyevdən rayonu tərk
etməmək barədə müvafiq izahat alındıqdan sonra sərbəst
buraxılıb.
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin14 May 19:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil4 May 18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO