Qırmızı.az
Salyan polisi əməliyyat keçirdi
Salyan rayon polis şöbəsinin əməkdaşları bir neçə uğurlu əməliyyat axtarış tədbirləri həyata keçiriblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, əməliyyat zamanı narkotik maddələrin qanunsuz dövriyyəsi və çoxsaylı oğurluq cinayətləri törətmiş şəxsləri yaxalanaraq məsuliyyətə cəlb edilib.
Belə ki, İlham Abbasov adlı vətəndaşın külli miqdarda narkotik
maddə satışı ilə məşğul olması barədə polisə əməliyyat məlumatı
daxil olub. Məlumat daxil olduqdan sonra o, nəzarətə götürülüb.
Əməliyyatçılar İlham Abbasovu saxlamaq istəyərkən o əlindəki
şübhəli bağlamanı ataraq qaçmaq istəyib. Lakin buna nail ola
bilməyib. Bağlamaya baxış zamanı 1 kiloqramdan çox narkotik maddə
olan həşiş qatranı aşkarlanaraq maddi sübut kimi götürülüb.
Saxlanılan şəxs bildirib ki, narkotik maddəni İran İslam
Respublikasının tanımadığı vətəndaşından satmaq məqsədilə alıb.
Lakin ələ keçdiyindən narkotik maddəni realizə edə bilməyib.
Salyan polisinin keçirdiyi digər əməliyyat nəticəsində rayon
ərazisindəki evlərdən oğurluqlar etmiş 3 nəfərdən ibarət dəstə
zərərsizləşdirilib.
Belə ki, Kürqaraqaşlı kənd sakini Taleh Eyvazov evindən külli
miqdarda qızıl zinət əşyaları və pul oğurlanması barədə polisə
məlumat verib. Dərhal istintaq əməliyyat tədbirlərinə başlanılıb və
cinayəti törətmiş şəxslər - Təbriz Bağırov, Ramiq Hüseynov və Fərid
Gülməmmədov müəyyən edilərək saxlanılıb.
Dəstə üzvləri bildiriblər ki, gözəgəlimli evləri müəyyən edərək
əvvəlcə ətrafda müşahidələr aparıblar. Daha sonra isə ev
sahiblərinin evdə olmadığı vaxtlarda qapını və ya pəncərəni
sındırma yolu ilə içəri daxil olublar. Təbriz Bağırovla Ramiq
Hüseynov otaqları axtarıb. Fərid Gülməmmədov isə pusquda dayanaraq
gəlib gedənə nəzarət edib. Təkcə vətəndaş Taleh Eyvazovun evindən
3860 manat dəyərində qızıl və külli miqdarda nəğd pul talanıb.
İstintaqla daha sonra dəstə üzvlərinin digər cinayətlər törətdiyi
də üzə çıxıb. Məlum olub ki, saxlanılan şəxslər ayrı-ayrı vaxtlarda
vətəndaşların evlərinə girərək pul, qızıl və həyətyanı sahələrdən
mal-qara da oğurlayıblar.
Aparılan digər əməliyyat axtarış tədbirləri nəticəsində 2014-cü
ilin əvvəllərindən başlayaraq rayon ərazisindəki kəndlərdən
vətəndaşlara məxsus xeyli sayda iri və xırda buynuzlu mal qara
oğurlayan şəxslər də tutularaq istintaqa təhvil verilib.
Əməliyyat zamanı Mənsur Məmmədzadə və Amal Mehdiyev mal-qara
oğurlayarkən polis əməkdaşları tərəfindən cinayət başındaca
yaxalanıb.
Bütün faktlarla bağlı cinayət məcəlləsinin müxtəlif maddələrlə iş açılıb, istintaq saxlanılan şəxslərin ətrafında araşdırmaları davam etdirir.
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi