Qırmızı.az
Bakıda manyak peyda olub
"Suraxanı rayonunun Zığ qəsəbəsində manyak peyda olub.
Qorxumuzdan küçəyə nə özümüz tək çıxa bilmirik, nə də qız
uşaqlarını tək buraxmırıq”.
ANS PRESS-in məlumatına görə, bu barədə virtualaz.org saytına
qəsəbənin Hətəm Allahverdiyev küçəsinin sakinləri məlumat
veriblər.
Onların sözlərinə görə, qəsəbədəki həyət evlərində yaşayan xanım
sakinlər gənc bir kişinin hərəkətlərindən küçəyə çıxmağa qorxurlar:
“Bu adamla dəfələrlə rastlaşmışıq. O, tinlərdə, əsasən də
gediş-gəlişin az olduğu yerlərdə dayanaraq qadınların küçəyə
çıxmasını gözləyir. Qadınları görən kimi isə qəfildən soyunaraq
müxtəlif əxlaqsız hərəkətlər etməyə başlayır. Bizim küçədə də bir
neçə dəfə belə qeyri-adi hərəkətlər edib. Yaxşı ki, həmin anda
qonşuların bir neçəsi səsə çıxıb, köməyə çağırdığımız qadınlarla
onu daşa basaraq qovmuşuq. Amma tənha olanda qorxuruq, çünki
kimliyini bilmədiyimiz bu adam bizə zərər verə bilər”.
Sakinlər dedilər ki, həmin gənc kişi ucaboylu, saqqallı və güclü
bədən quruluşuna malik biridir: “Heç kimə fikir vermir, sakitcə
gəzir, amma qadın görən kimi paltarlarını soyunub eyni hərəkətləri
edir. Amma maraqlıdır ki, kişilərin qarşısına çıxmır, hətta
məhəllənin kişilərini, qadınların həyat yoldaşlarını görən kimi
qaçır. Buna görə də onun yaxalanması çətindir”.
Sakinlərin narahatçılığına səbəb olan bu “kişi” ilə bağlı ərazinin
sahə müvəkkili ilə əlaqə saxladıq. Qəsəbənin sahə müvəkkili Azər
Nəsirov virtualaz.org saytına bildirdi ki, bu məlumatı mütləq
araşdıracaq: “Bu barədə bizə hələ heç bir məlumat daxil olmayıb.
Amma araşdırma aparılacaq. Ola bilər ki, həmin insan ruhi xəstə
olsun. Çünki biz də ruhi xəstələrin qadınları görən kimi soyunması,
onları qorxutmağa çalışması, insanları narahat etməsi hadisəsi ilə
dəfələrlə qarşılaşmışıq. Təəssüf ki, məhkəmə qərarı olmadan ruhi
xəstələri xəstəxanalarda yerləşdirə bilmirik. Bunun üçün ruhi
xəstənin ailəsinin razılığı olmalıdır. Şikayətdə deyildiyi kimi,
sakinləri narahat edən adam varsa, bunu araşdırıb qarşısını
alacağıq".
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ