Namus üstündə arvadını öldürdü
Bizi izləyin

Qırmızı.az

Namus üstündə arvadını öldürdü

Xətai rayonunda 33 yaşlı Elsevər Şükürov həyat yoldaşını günün günorta vaxtı hər kəsin gözləri qarşısında öldürüb.

Xətai rayon prokurorluğundan Publika.az-a verilən məlumata görə, Elsevər Şükürov yaşadığı Əhmədli kəndində 31 yaşlı Rəqsanə Şükürovanı bıçaqla qətlə yetirib. E.Şükürov isə özü polisə təslim olub.

Hadisədən dərhal sonra əraziyə polis və prokurorluq orqanları əməkdaşları cəlb olunub. Hüquq mühafizə orqanları E.Şükürovun həyat yoldaşını qısqanclıq zəminində öldürdüyünü müəyyən ediblər.

Məlumata görə, kişi bir müddət idi ki, həyat yoldaşının ona xəyanət etməsindən şübhələnirdi. Lakin əlində əsas olmadığından onu izləməyə başlayıb. Həyat yoldaşının telefonla kiminləsə danışdığını eşidib. Qadın olanlardan boyun qaçırsa da, anidən telefonuna gələn sms-lər Rəqsanə Şükürovanın gizlin sirlərini açıb.

Qonşuların sözlərinə görə, onlar evdə mübahisə etdikdən sonra qadın evi tərk etmək istəyərkən E.Şükürov onu yaşadığı binanın tinində hər kəsin gözləri qarşısında qətlə yetirib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adamöldürmə maddəsi ilə cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm