Bayramın ilk günü hava yağmursuz olacaq
Bizi izləyin

Qırmızı.az

Bayramın ilk günü hava yağmursuz olacaq

Ramazan bayramının ilk günündə Azərbaycanda hava əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, iyulun 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Temperaturun gecə 20-25° isti, gündüz 27-32° olacağı gözlənilir. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24° isti, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 24-25° isti, Türkan, Hövsan, Şıx, Sahildə isə 25-26° isti olacaq.

Azərbaycan rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.

Havanın temperaturunun gecə 18-23° isti, gündüz 31-36° isti olacağı, dağlarda gecə 15-20° isti, gündüz 23-28° isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm