Zakir Həsənov şəhidləri mükafatlandırdı
Bizi izləyin

Qırmızı.az

Zakir Həsənov şəhidləri mükafatlandırdı

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 3 avqust 2014-cü il tarixli əmrinə əsasən "Azərbaycan Respublikasının "Hərbi xidmətdə fərqlənməyə görə" medalı haqqında" Əsasnaməyə müvafiq olaraq, aşağıda adları göstərilən hərbi qulluqçular ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal ilə təltif ediliblər.

Publika.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir.

1. Gizir Almazov İsə Ziyad oğlu

2. Gizir Əliyev Pərvin Səlahəddin oğlu

3. Kiçik gizir Hüseynov Rahil Əfsər oğlu

4. Kiçik gizir Əhmədov Elçin Rasim oğlu

5. MAHHXQ əsgər Quliyev Sənan Qeyrət oğlu

6. MAHHXQ əsgər Əhmədov Qaryağdı Eldar oğlu

7. Əsgər Məmmədov Səftər Əlihüseyn oğlu

8. Əsgər Rəhimov Əli Fətulla oğlu

9. Əsgər Coşqunov Mustafa Əhmədcan oğlu

10. Əsgər Abdulov Hüseyn Etibar oğlu

11. Əsgər İbrahimov Elnur Məhiyəddin oğlu

12. Əsgər Poladov Vüqar Hidayət oğlu

Müdafiə nazirinin göstərişinə əsasən avqustun 3-də və 4-də hərbi qulluqçuların ailələrinə medalların təqdim edilməsi mərasimləri təşkil ediləcək.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov bir daha şəhidlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm