Qırmızı.az
Azərbaycanda şadlıq evləri ilə bağlı qorxulu açıqlama
Sanitar-Epidemioloji qaydaları pozan müəssisə rəhbərləri
cəzalandırılıb.
Publika,Az-ın Səhiyyə Nazirliyinin saytına istinadən verdiyi
məlumata görə, təkcə 2013-cü ilin dekabr ayı ərzində yeyinti
məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı
sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən
laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara
cavab verməyən məhsulları istehsal edən 37 müəssisənin sahibkarı
inzibati qaydada cərimə olunub. 3 obyektin istismarının
dayandırılması barədə qərar qəbul edilib və 15 nəfər işdən
müvəqqəti kənarlaşdırılıb.
Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 922,
mikrobioloji göstəricilərinə görə 873, toksikoloji göstəricilərinə
görə 343, radioloji göstəricilərinə görə 32 yeyinti məhsullari
nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin
18-də orqanoleptik və fiziki-kimyəvi, 14-da mikrobioloji
göstəricilərinə görə normalardan kənara çıxma müəyyən
olunub.
Şadlıq evlərindən 1158 yaxma nümunəsi, 23 soyuq qəlyanaltı
nümunəsi götürülüb, 23 yaxma nümunəsində mikrobioloji çirklənmə
aşkar edilib.
Dekabr ayı ərzində əhali arasında 64 qida zəhərlənməsi hadisəsi baş verib, 113 nəfər zərərçəkən olub. O cümlədən 9 botulizm hadisəsi baş verib və bu səbəbdən 17 nəfər zərərçəkib.
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ