Ermənilər Azərbaycan tanklarının döyüş mövqeyinə çıxdığını açıqlayıb
Bizi izləyin

Qırmızı.az

Ermənilər Azərbaycan tanklarının döyüş mövqeyinə çıxdığını açıqlayıb

Erməni komandanlığı Azərbaycan tanklarının döyüş mövqeyinə çıxdığını təsdiqlədi

Erməni komandanlığı Azərbaycan tanklarının döyüş mövqeyinə çıxdığını açıqlayıb.

Publika.az xəbər verir ki, Dağlıq Qarabağdakı işğalçı erməni qüvvələrinin komandanlığı yanvarın 20-dən başlayan gərginlik zamanı Azərbaycanın öz tanklarını döyüş mövqelərinə çıxardığını təsdiqləyib. Erməni qaynaqlarının yaydığı məlumata görə, bu barədə qondarma “DQR müdafiə nazirliyi” bildirir.

Dağlıq Qarabağdakı qondarma rejimin “müdafiə nazirliyi” tərəfindən yayılmış məlumatda deyilir ki, yanvarın 20-dən etibarən təmas xəttində yaranmış gərginlik ötən ayın son həftəsində də qalıb. Azərbaycan tərəfi müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə yanaşı təmas xəttinin ayrı-ayrı istiqamətlərindəki döyüş mövqelərinə “müəyyən miqdarda” ağır zirehli texnika da çıxarıb.

Dağlıq Qarabağ separatçılarının “müdafiə nazirliyi” həmçinin Azərbaycanın döyüş aviasiyasının da təmas xətti boyu uçuşlarının qeydə alındığını, bu uçuşların təmas xəttindən 30-35 kilometr məsafədə həyata keçirildiyini bildirir.

Xatırladaq ki, yanvarın 20-dən etibarən Ermənistanın təmas xəttinə əlavə qüvvələr yerləşdirməsini və təmas xətti boyu Azərbaycanın yaşayış məntəqələrini güclü atəş altında saxlamasını nəzərə alaraq ordumuzun tankları təmas xəttinə yeridilməsi zərurəti barədə mediada yazılırdı.

Daha sonra Azərbaycan Müdafiə Nazirliyinin həqiqətən təmas xəttinin bəzi istiqamətlərində tankları döyüş mövqelərinə çıxarması barədə rəsmi olmayan məlumatlar yayıldı.

Erməni işğalçılarının təmas xəttində gərginliyi artıran təcavüzkar hərəkətlərinə cavab olaraq Azərbaycan Silahlı Qüvvələri komandanlığının hərbi aviasiyanı havaya qaldırması və tankları döyüş mövqelərinə çıxarması Bakının düşmənə qarşı sərt cavab addımları atmağa hazır olduğunu göstərir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm