Rövşən Lənkəranskidən yeni xəbərlər var: Onu çox ciddi mühafizə edirlər - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Rövşən Lənkəranskidən yeni xəbərlər var: Onu çox ciddi mühafizə edirlər - FOTOLAR

Azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskini bir neçə gün əvvəl Dubayda olub.

Azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskini bir neçə gün əvvəl Dubayda olub.

“Axar.az” rus mediasına istinadən xəbər verir ki, bu barədə onu tanıdığını deyən şəxs iddia edib. Onun sözlərinə görə, Lənkəranski çox ciddi mühafizə altında gəzir və ona yaxınlaşmaq müşkül məsələdir. Azərbaycanlı kriminal-avtoritetin İstanbulda türkiyəli avtoritetlərin köməyindən istifadə etdiyi, ancaq Türkiyədə R.Lənkəranski ilə əlaqələri olan şəxslərin özlərinin problemlərinin olması və həbs edilmək təhlükəsi ilə üzləşməsi səbəbindən onun Dubaya getdiyi bildirilir.

Xatırladaq ki, 2010-cu ilin sentyabrında Moskvada Tverskaya küçəsində qanuni oğru Ded Xasana qarşı sui-qəsd olmuşdu və o, 3 güllə yarası almışdı. Bu qətlin sifarişçilərindən sayılan Rövşən Lənkəranski Ded Xasan tərəfdarlarının və Rusiya hüquq-mühafizə orqanlarının təzyiqindən qurtarmaq üçün bu ölkədən çıxmağa məcbur oldu. “Moskovskaya Pravda” qəzetinun yazdığına görə, Ded Xasanla Rövşən Lənkəranski arasında münasibətlər Çerkizovo bazarı bağlanandan sonra yaranıb. Bu bazara nəzarət edən Rövşən Lənkəranski bazar bağlanandan sonra Ded Xasanın və ona yaxın avtoritetlərin nəzarətində olan obyektlərə müdaxilə etməyə başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm