Qırmızı.az
Əqli qüsurlu qızına təcavüz etdi, doğulan körpələri basdırdı - ŞOK OLAY
"Əqli qüsurlu qızına təcavüz etdi" iddiası. Adı gizli saxlanılan bir qonşunun polisə xəbər verməsi ilə ortaya çıxan hadisədə evdə doğan qızın uşağının evin həyətində basdırıldığı iddia edilib.
Publika.az “Doğan Xəbər Agentliyi”nə istinadən xəbər verir ki, Antalyada tikintilərdə boyaçı olan 45 yaşlı E.E.-nin əqli qüsurlu 20 yaşlı qızı A.E.-yə üç ildir ki təcavüz etdiyi bildirilir.
Hadisə Antalyanın Kəpəz rayonunda, Həbiblər məhəlləsindəki 5642 nömrəli evdə baş verib. İddiaya görə, tikintilərdə boyaçılıq edən dörd uşaq atası Əkrəm E., əqli qüsurlu qızı A-ya üç ildir ki, təcavüz edib. Bu təcavüzlər nəticəsində doğulan uşaqların da evin həyətində basdırıldığı iddia edilib. Hadisənin üstü adı gizli saxlanılan bir qonşunun polisə xəbər verməsi nəticəsində açılıb.
Bu gün səhər evə basqın edən polis ata E.E. və arvadı C.E.-ni yaxalayıb. Cütlüyün uşaqları 20 yaşlı A., 13 yaşlı A. və 10 yaşlı A-nın ifadələrinin alınmaları üçün Antalya Polis İdarəsinə aparılıb.
Ailənin 22 ildir yaşadığı gecəqondunun ətrafı polis zolağı ilə əhatələnib.
Respublika prokurorunun əmri ilə evin həyətində axtarış aparılacaq.
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ