Qırmızı.az
FHN Lənkəranda tədbir keçirib
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Lənkəran rayonunun Liman şəhər Xəstəxanasında “Yanğın təhlükəsizlik qaydalarına əməl etmək həyat fəaliyyətinin təhlükəsizliyinin qarantıdır” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə Lənkəran rayon İcra Hakimiyyətinin, DYNX-nin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, DYMX-nin Lənkəran rayon Dövlət Yanğından Mühafizə hissəsinin əməkdaşları və Liman şəhər Xəstəxanasının tibb personalı iştirak edib.
Tədbir iştirakçılarına “Binanın qəfil uçması zamanı təhlükəsiz davranış qaydaları”, “Kimyəvi zəhərlənmə təhlükəsi və əhalinin davranış qaydaları”, “Elektrik cərəyanı təsərrüfatında baş verən qəzalardan qorunmaq üçün təhlükəsizlik tədbirləri” və “Hansı hadisələr baş verdikdə 112 qaynar telefon xəttinə zəng etmək olar?” mövzularında geniş məlumatlar verilib və onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Tədbir zamanı şərti olaraq “YANĞIN” həyəcanı verilib, yanğın və texniki təhlükəsizlik qaydalarına riayət etməklə Mərkəzin Xüsusi xilasetmə hissəsinin xilasediciləri tərəfindən ilkin yanğınsöndürmə avadanlıqları vasitəsi ilə yanğının qarşısı alınmış və xəsarət alanların xilas edilərək təhlükəsiz əraziyə təxliyəsi həyata keçirilib.
Sonda “Dəm qazından zəhərlənmə hallarının yaranma səbəbləri” nə dair video-çarx nümayiş olunub, “Təbii qazdan istifadə etdikdə ehtiyatlı olun!”, “Zəlzələ vaxtı və ondan sonra özünə və başqalarına kömək etməyi bacar”, “Səhiyyə müəssisələrində yanğın təhlükəsizliyi” mövzularında hazırlanan yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri paylanılıb.
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ