Daxili İşlər Nazirliyi polis axtarır
Bizi izləyin

Qırmızı.az

Daxili İşlər Nazirliyi polis axtarır

Daxili İşlər Nazirliyi işçi axtarır.

Polisin sıravi və kiçik rəis heyəti vəzifələrində və Daxili Qoşunların müddətdən artıq hərbi xidmətində işləmək arzusunda olan, yaşı 20 ilə 30 arasında, boyu 180 santimetr və yuxarı, idman cüssəli, həqiqi hərbi xidmət keçmiş, əvvəllər məhkum olunmamış, tam orta təhsilli Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı və Lerik rayon sakinləri sentyabrın 27-də saat 12.00-da Lənkəran Şəhər Rayon Polis Şöbəsində Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən qəbul ediləcəklər. Bu barədə Publika.az DİN-in mətbuat xidmətinə istinadən məlumat verir.


Qəbula gələn şəxslər Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm