Leysan yağacaq
Bizi izləyin

Qırmızı.az

Leysan yağacaq

Sabah Azərbaycanda havanın temperaturu enəcək, bəzi yerlərdə leysan yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a verilən məlumata görə, sentyabrın 25-də Bakıda və Abşeron yarımadasında buludlu hava üstünlük təşkil edəcək, fasilələrlə yağış yağacağı gözlənilir. Gecə saatlarında şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyinin gündüz mülayimləşəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 18-20, gündüz 20-24 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində sentyabrın 24-də fasilələrlə leysan xarakterli yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Qərb küləyinin gecə güclənəcəyi, gündüz mülayimləşəcəyi gözlənilir.

Havanın temperaturu gecə 15-20, gündüz 22-27, dağlarda gecə 3-8, gündüz 8-13 dərəcə isti təşkil edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm