Nazirlik polis əməkdaşının ölümü ilə bağlı məlumat yaydı
Bizi izləyin

Qırmızı.az

Nazirlik polis əməkdaşının ölümü ilə bağlı məlumat yaydı

Polis kiçik serjantı Malik Cahangirov Lənkəranda brokonyerlərə qarşı keçirilən əməliyyat zamanı elektrik cərəyanı vurması nəticəsində ölüb.

Publika.az Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, sentyabrın 29-da saat 23 radələrində Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyat Polis İdarəsi Lənkəran XPŞ əməkdaşlarının brokonyerliyə qarşı keçirdikləri əməliyyat tədbirləri zamanı Veravul çayının Lənkəran rayonunun Ürgə kəndindən keçən hissəsində qayıqda qanunsuz balıq ovu ilə məşğul olan kənd sakinləri Rafiq Əsgərovu və Bəhruz Hüseynovu tutmaq istəyərkən R.Əsgərov elektrik cərəyanına bağlanmış toru suya atıb hadisə yerini tərk ediblər.

Tora toxunmuş polis kiçik serjantı Malik Cahangirovu elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində R.Əsgərov və B.Hüseynov tutulublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm