• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bankomatdakı partlayışla bağlı RƏSMİ AÇIQLAMA (YENİLƏNİB-2 )

Bankomatdakı partlayışla bağlı RƏSMİ AÇIQLAMA (YENİLƏNİB-2 )

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi rəsmi məlumat yayıb.

Publika.az nazirliyin saytına istinadən verdiyi xəbərə görə, məlumatda bildirilir ki, oktyabrın 10-da saat 05 radələrində DİN-in "102 Zəng Mərkəzi"nə Sabunçu rayonu Bilgəh qəsəbəsinin ərazisində partlayış səsinin eşidilməsi barədə məlumat daxil olmuşdur.

Araşdırmalar zamanı Ü.Hacıbəyov küçəsində yerləşən mağazanın önündə “Beynəlxalq Bank”a məxsus bankomatın partladılması və içərisindəki pul olan qutunun aparılması müəyyən edilmişdir.

Mağazanın mühafizəçisi İkram Mirzəyev izahatında 3 maskalı şəxsin avtomat silahla onu hədələyərək əl-ayağını yapışqanlı lentlə bağlayıb “VAZ-2107” markalı avtomobilin yük yerində aparmalarını və bir neçə dəqiqədən sonra yenidən mağazanın qarşısında düşürmələrini bildirmişdir.

Faktla bağlı Cinayət Məcəlləsinin 181.2.1-ci və 181.2.5-ci (quldurluq) maddələri ilə cinayət işi başlanmışdır.

Araşdırma aparılır.

13: 13

Şahidlərin daha sonra Trend-ə bildirdiklərinə görə, maskalı şəxslər bankomatı partlatmazdan öncə bankomatın yaxınlığındakı ticarət obyektlərini mühafizə edən şəxsin əl-qolunu bağlayaraq hadisə yerindən uzaqlaşdırıblar. Bundan sonra isə bankomatı partladıblar.

Partlayış nəticəsində ətrafdakı avtomobillərə və ticarət obyektlərinə maddi ziyan dəyib.

Hüquq-mühafizə orqanlarından Trend-ə bildiriblər ki, hadisə ötən gecə 23:00 radələrində baş verib. Bankomatda 491 manat məbləğində vəsait olub.

Hazırda faktla bağlı Sabunçu rayon Polis İdarəsində istintaq tədbirləri aparılır.

Qeyd edək ki, partladılan bankomat yeni növ bankomat deyil. Yeni model bankomatların orta qiyməti təxminən 20 000 manatdır.

10:15

Bakının Bilgəh qəsəbəsində Qocalar evinin yaxınlığında yerləşən bankomatda partlayış baş verib.

Şahidlərin Trend-ə verdiyi məlumata görə, hadisə bu gecə qeydə alınıb. Hazırda partlayış baş verən ərazi hüquq-mühafizə orqanlarının nəzarətinə götürülüb.

Partlayışın hansı səbəbdən baş verdiyi araşdırılır. Hadisə şahidləri həmçinin ölən və xəsarət alanların olmadığını bildiriblər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR