33 nəfər imtahanda uğur qazandı
Bizi izləyin

Qırmızı.az

33 nəfər imtahanda uğur qazandı

TQDK daxili işlər orqanlarında vakant orta rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə test imtahanı keçirib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Publika.az-a verilən məlumata görə, daxili işlər orqanlarında vakant vəzifələrə qəbul olunmaq istəyən namizədlər üçün oktyabrın 12-də test imtahanı keçirilib. İmtahan Bakı Qızlar Universitetinin binasında saat 11.00-da başlanıb və saat 14.00-da başa çatıb.

Sənədlərin qəbulu bu il iyunun 9-dan iyulun 9-dək Daxili İşlər Nazirliyi tərəfindən aparılıb. Müsabiqədə iştirak etmək üçün 55 nəfərin namizədliyi qeydə alınıb. Onların hamısı hüquq istiqaməti üzrə sənəd verib. İmtahanda namizədlərə 100 sualdan ibarət test kitabçası təqdim olunub. Onlardan 80 sual qanunvericilik, 20 sual məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən sahə üzrə olub. Hər düzgün cavab 1 balla qiymətləndirilir.

Müsabiqədə iştirak etmək üçün 55 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 2 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 53 namizəddən 33 nəfəri müsabiqə şərtini ödəyərək, yəni 65 və daha çox bal toplayaraq ikinci mərhələyə buraxılıb. Ən yüksək nəticə 87 bal olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm