Xәzәrin ekosistemi təhlükədədi
Bizi izləyin

Qırmızı.az

Xәzәrin ekosistemi təhlükədədi

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. AMEA-nın prezidenti, akademik Akif Əlizadə tədbiri açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib və ilk olaraq Coğrafiya İnstitutunun iqlim dəyişmələri sahəsində apardığı tədqiqatların nəticələrindən söz açıb.

AMEA-ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, prezident bildirib ki, iqlimdə qlobal miqyasda baş verən dәyişmәlәr son dövrün әn böyük təbii fəlakətlərindəndir. Dünya alimləri səylərini problemin həlli istiqamətində kökləyiblər və Azərbaycan tədqiqatçıları da bu istiqamətdə mühüm nəticələrlə öz töhfələrini verməkdədir.

Sonra adıçəkilən institutun direktoru, akademik Ramiz Məmmədov sözügedən nəticələrə dair “İqlim dәyişmәlәri, onların Xәzәr dәnizi ekosisteminә tәsiri” adlı məruzə ilə çıxış edib. Bildirib ki, alimlərin gәlәcәkdə hava şәraitinin daha ekstremal olacağı, qısa vә soyuq qış aylarının isti aylarla ilә әvәzlənəcəyi, mövsümlәrdә sutka әrzindә hәdsiz isti vә şaxtaların bir­birini әvәz edəcəyi ilə bağlı proqnozları özünü doğrultmaqdadır.

İnstitutdakı tədqiqatların nəticələrinə görә 1880­2010­cu illәrdə ölkә әrazisindә temperaturun dәyişmәsi müxtәlif regionlarda 0,2­dәn 0C­yә qәdәr tәşkil edir vә son 40 il әn isti dövr kimi qiymәtlәndirilir. Gәdәbәy, Naxçıvan, Lәnkәran, Şuşa vә Ağstafada son 105 il әrzindә yağıntının miqdarı azalıb. İqlim dәyişmәlәri Xәzәr dәnizinin ekosisteminә ciddi tәsir göstәrir. Məruzəyə dair müzakirə və sual-cavablardan sonra Rəyasət Heyətinin qərarı ilə tədqiqatların müvafiq elmi-tәdqiqat müәssisәlәri ilә әmәkdaşlıq çərçivəsində genişlәndirilməsi tövsiyə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm