Qırmızı.az
Bəzi pullu parklama yerləri ləğv ediləcək
Son günlər ölkə mətbuatında Bakı küçələrində qeyri-əlverişli ərazilərdə pullu parklama yerlərinin yaradılması ilə bağlı məlumatlar yer alır.
Belə halların mövcud olması və hansı tədbirlərin görülməsi ilə
bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki
Kamran Əliyev Trend-in sorğusuna cavab olaraq bildirib ki, son
dövrlərdə paytaxtda tıxacların qarşısının alınması, avtomobillərin
maneəsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə bir
neçə yeraltı avtomobil duracağı yaradılaraq sürücülərin və
avtomobil sahiblərinin istifadəsinə verilib: "Bununla yanaşı, çox
yaxşı haldır ki, paytaxt sakinlərinin gündəlik həyat və fəaliyyəti,
eləcə də yol kənarlarında uzunmüddətli durmaların qarşısının
alınması ilə əlaqədar yeraltı duracaqlardan kənar ərazilərdə
tələbatdan asılı olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən
300-dək yerüstü parketmə yerləri müəyyənləşdirilərək pullu
xidmətlər təşkil edilib.
Qeyd olunan xidmətlərin fəaliyyətinin nəqliyyatın hərəkətinə
təsiri ilə bağlı keçirdiyimiz növbəti müayinələr zamanı 80-dən çox
yerüstü pullu parklanma yerlərinin mövcud tələblərə cavab verməyən
ərazilərdə təşkil edildiyi müəyyən olunub ki, bu da xüsusilə pik
saatlarında nəqliyyatın fasiləsiz hərəkətinə manelər
yaradır".
K.Əliyev deyib ki, belə yerlərlə bağlı BDYPİ tərəfindən Bakı
Şəhər İcra Hakimiyyəti qarşısında məsələ qaldırılıb və onların
ləğvi ilə bağlı müvafiq tədbirlər görülür: "Hesab edirik ki,
mərkəzdəki bəzi duracaq yerləri ləğv edilsə də, duracaqlara olan
tələbatın ödənilməsi baxımından paytaxtın digər yerlərində də
razılaşdırılmış qaydada yeni parklanma yerlərinin yaradılmasına
ehtiyac var və bu məqsədlə araşdırmalar aparılır”.
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər